İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, London təmsilçisi, PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes üçün hərəkətə keçib.

Məlumata görə, "zadəganlar" yayda 28 yaşlı argentinalı futbolçunun keçidini həll etmək istəyir.

Qeyd edək ki, Paredes hazırda icarə əsasında "Yuventus"da çıxış edir.