İngiltərənin "Sauthempton" baş məşqçisi Ruben Selleslə yollarını ayıracağını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı mütəxəsisin müqaviləsi yenilənməyəcək.

"Sauthempton" 37 oyundan sonra Premyer Liqanın turnir cədvəlində 24 xalla sonuncu - 20-cidir. Komandanın artıq ölkənin əsas çempionatını tərk edəcəyi dəqiqləşib. 

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi kimi işləyib.