İki mövsüm "Başakşehir"in çalışdıran Emre Belözoğlu İstanbul təmsilçisindən ayrıla bilər.
Offsideplus.az "Ajansspor"a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin İngiltərənin "Hall Siti" klubunu çalışdırması ehtimalı var. Acun İlicalı sahibi olduğu klubun baş məşqçi vəzifəsinə belğzoğlunu gətirmək istəyir.
Çempionşipdə mübarizə aparan "Hall Siti" sezonu 15-ci yerdə başa vurub.
Qeyd edək ki, Emre Belözoğlu iki mövsüm ərzində "Başakşehir"lə 79 oyuna çıxıb, 42 dəfə qalib gəlib, 17 dəfə məğlub olub və 20 heç-heçə edib.