"Arsenal" klubu yayda bir neçə futbolçusu ilə vidalaşmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, klub əsas heyətin bəzi futbolçuları ilə vidalaşıb, yeni transferlər gerçəkləşdirməyi düşünür. Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.
Klub yayda aşağıdakı futbolçularla yollarını ayırmağı və ya satmağı düşünür: Tomas Parti, Qranit Caka, Rob Holdinq, Kiran Terney.
Ceyms Meddison, Joau Kanselo, Deklan Rays və Meyson Maunt kimi futbolçular isə "topçular"un transfer siyahısındadır.