"Messi PSJ-ni tərk etsə, onu "Aston Villa"ya gətirəcəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri Argentina millisi və "Aston Villa"nın qapıçısı Emiliano Martines söyləyib. 

"Leonu PSJ-də fitə bassalar və komandadan ayrılsa, onu komandama gətirəcəm. Ona mate (Cənubi Amerika çayı) hazırlayıb, hər həftəsonu yemək bişirəcəm. Messi üçün maaşımın azaldılmasına razıyam".

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.