İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Kristal Palas"ın hücumameyilli yarımmüdafiəçisi Ebereçi Ezeni sıralarına qatmaq üçün hərəkətə keçib.

"Qırmızılar" 24 yaşlı nigeriyalı futbolçu üçün danışıqlara başlayıb.

Qeyd edək ki, Ezenin "Kristal Palas"la 2025-ci ilədək müqaviləsi mövcuddur.