"Mançester Siti" kapitanı İlkay Gündoğanı komandada saxlamaqda israrlıdır.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" növbəti günlərdə türk əsilli alman futbolçu ilə danışıqları davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano "tvitter"də məlumat verib. Xəbərə görə, İngiltərə çempionu Almaniya millsinin üzvünə 1+1 formatında yeni müqavilə təklif edəcək.
Mənbə onu da qeyd edir ki, 32 yaşlı yarımmüdafiəçi bu günə qədər hər hansı bir təklifi qəbul etməyib və həmçinin də rədd etməyib.
O da bildirilir ki, "Barselona"nın etdiyi təklif də öz qüvvəsində qalır.
Fəqan İbrahimli