Belçika "Gent"inin mərkəz hücumçusu Qift Orbanın müştəriləri çoxalır.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "Çelsi"nin ardınca, "Arsenal" və "Mançester Yunayted" də 20 yaşlı nigeriyalı forvard üçün hərəkətə keçib.
Qeyd edək ki, Orbanın "Gent"lə 2027-ci ilədək müqaviləsi var. O, bu mövsüm çıxdığı 21 oyunda 22 qol vurub.