İngiltərənin "Liverpul" klubu komandadan ayrılacağı gözlənilən Roberto Firminoya əvəzləyici tapıb.

 Offsideplus.az "Fichajes.net" saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, braziliyalı futbolçunu "Roma"nın hücumçusu Temmi Abrahamla əvəzləmək istəyir.

Məlumata görə, "qırmızılar" yayda bu keçidi tamamlamaq niyyətindədir.