İngiltərənin "Çelsi" klubu yeni futbolçu "gözaltı" edib.

 Offsideplus.az "The Express"ə istinadla xəbər verir ki, London təmsilçisi, "Yuventus"un mərkəz hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

"Zadəganlar" 23 yaşlı serbiyalı forvard üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Vlahoviçin "Yuventus"la 2026-cı ilədək müqaviləsi var.