İngiltərənin "Çelsi" klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, London təmsilçisi, Belçika "Gent"inin 20 yaşlı hücumçusu Qift Orban üçün danışıqlara başlayıb.

"Zadəganlar" yay transfer dövründə nigeriyalı forvardın keçidini həll etməyi düşünür.

Qeyd edək ki, Orban bu mövsüm çıxdığı 21 oyunda 22 qol vurub.

Maraq üçün bildirək ki, sözügedən hücumçu "Qarabağ"ın UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununda vurulan yeganə qolun (1:0, ümumi hesab - 1:1) müəllifi olmuşdu. Daha sonra əlavə 30 dəqiqəyə ehtiyac duyulmuş, burada da qalib müəyyənləşməyincə, penaltilər seriyasına müraciət olunmuşdu. "Lotereya"da daha dəqiq olan belçikalılar mərhələ adlayan tərəf olmuşdu - 5:3.

imago1024330364s