İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "İnter Live"yə istinadla xəbər verir ki, London təmsilçisi, İtaliya "İnter"inin qapıçısı Andre Onananı sıralarına qatmaq niyyətindədir.

"Zadəganlar"ın rəhbərliyi 27 yaşlı kamerunlu qolkiper üçün A Seriyası klubuna təklif yollayıb.

Qeyd edək ki, Onananın "İnter"lə 2027-ci ilədək müqaviləsi mövcuddur.