İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Offsideplus.az "L'Equipe"yə istinadla xəbər verir ki, "qırmızı şeytanlar" "Yuventus"un mərkəz yarımmüdafiəçisi Adrien Rabyo üçün hərəkətə keçib.

Premyer Liqa təmsilçisi 28 yaşlı fransalı futbolçunun keçidini yayda həll etmək istəyir.

Rabyonun "Yuventus"la müqaviləsinin müddəti bu ilin 30 iyununda bitir.