İtaliyanın "İnter" klubu argentinalı hücumçusu Lautaro Martinesə qiymət qoyub.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, A Seriyası təmsilçisi 25 yaşlı forvarda 80 milyon avro qiymət təyin edib.

Onunla "Çelsi" klubu yaxından maraqlanır.

London təmsilçisi Martinesin keçidini yayda həll etməyi planlaşdırır.