İngiltərənin "Mançester Siti" klubunun üzvü İlkay Gündoğanın gələcək karyerası hələ ki, bəlli deyil.
Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, "şəhərlilər" kapitana 1 illik müqavilə təklif edib. Lakin futbolçu daha 2 il "Mançester Siti"də qalmaq istəyir.
İspaniyanın "Barselona" klubu isə türk əsilli yarımmüdafiəçiyə 2 illik sözləşmə təklifi irəli sürüb. İki klubun uğrunda mübarizə apardığı Gündoğan son qərarını yayda verəcək.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 30 oyun keçirən futbolçu 8 qol və 4 assistə imza atıb.