Matias Yörqensen "Brentford"la yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti 2025-ci ilədək nəzərdə tutulub. 

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2021-ci ildən "Brentford"un formasını geyinir.