"Çelsi" klubunun yeni baş məşqçisi olacağı gözlənilən Maurusio Poçettino "zadəganlar"ın sabiq futbolçusunu yenidən komandaya qaytarmaq niyyətindədir.
Offsideplus.az "ESPN"ə istinadla xəbər verir ki, argentinalı mütəxəssis hazırda icarə əsasında İtaliya "İnter"ində forma geyinən Romelu Lukakunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, 30 yaşlı belçikalı hücumçu müqavilə ilə "Çelsi"yə məxsusdur.