İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Akşam"a istinadla xəbər verir ki, London təmsillçisi, "Qalatasaray"dan Saşa Boeyi sıralarına qatmaq üzrədir.

Məlumata görə, "topçular" 22 yaşlı fransalı müdafiəçi üçün qarşı tərəflə danışıq aparır.

Boeyin "Qalatasaray"la müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.