Bu mövsümün sonunda "Çelsi"də ayrılıq yaşana bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, London təmsilçisinin mərkəz müdafiəçisi Tiaqo Silva komandanı tərk etməyə hazırlaşır.

38 yaşlı futbolçu ölkəsinə dönmək niyyətindədir.

Qeyd edək ki, Silvanın "Çelsi" ilə 2024-cü ilədək müqaviləsi var.