"Tottenhem"in müvəqqəti baş məşqçisi Rayan Meyson vəzifəsi ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı mütəxəssis London təmsilçisinin birdəfəlik baş məşqçisi təyin olunması ilə bağlı ünvanlanan sualı cavablandırıb:
"Həmişə demişəm ki, hazıram. İndi hazıram. Kluba yardım edə biləcəyimi düşünürəm. Bu kluba inanıram. İnanıram ki, burada bir çox insan doğru addım atmaq istəyir".
Qeyd edək ki, Meyson "Tottenhem"də istefaya göndərilən baş məşqçi Antonio Konteni əvəzləyir.