İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu, "Aston Villa"nın çalışdırıcısı Unai Emeridir.
Ötən ay Premyer Liqada 7 matça çıxan Emerinin yetirmələri bunların 5-də qələbə qazanıb. Bir qarşılaşmada yenilən Birmingem təmsilçisi yalnız 34-cü turda "Mançester Yunayted"ə uduzub - 0:1.