İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi Maurisio Poçettino ola bilər.

 Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, argentinalı mütəxəssis növbəti mövsüm "zadəganlar"ın "sükanı arxasına" keçə bilər.

Təcrübəli mütəxəssis artıq Meyson Mountun komandada qalmasını istədiyini də bildirib.

Belə ki, Poçettino adı "Liverpul"la yanaşı hallanan cinah hücumçusunun London təmsilçisində qalmasını istəyir.