İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, "şəhərlilər" "Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç üçün hərəkətə keçib.

Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola 29 yaşlı xorvatiyalını sərəncamında görmək niyyətində israrlıdır.

Qeyd edək ki, Kovaçiçin "Çelsi" ilə 2024-cü ilədək müqaviləsi var.