Ötən il "Liverpul"u Münhen "Bavariya"sına dəyişən Sadio Mane yenidən İngiltərənin yolunu tuta bilər.
Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, 31 yaşlı sol cinah vingerinin bu mövsüm işləri qaydasında getməyən "Çelsi"yə keçmə ehtimalı var.
Məlumata görə, "zadəganlar"ın rəhbərliyi seneqallı ulduz üçün cəlbedici təklif hazırlayıb.
Bundesliqa klubunda özünü xoşbəxt hesab etməyən Mane də "Dumanlı albion"a qayıtmaq fikrindədir.
Qeyd edək ki, cari mövsüm "Bavariya" forması ilə 27 oyuna çıxan Mane 7 dəfə rəqib qapılarına yol tapıb.