İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, London təmsilçisi yayda İtaliya "İnter"inin argentinalı hücumçusu Lautaro Martinezlə güclənəcək.

Məlumata görə, hazırda 25 yaşlı forvardın keçidi üçün danışıqlar aparılır.

Qeyd edək ki, Martinez 2018-ci ildən "İnter"də çıxış edir.