Vaut Veqhorst "Mançester Yunayted"i tərk edəcək. 

Offsideplus.az xəbər verir ki, icarə əsasında "qırmızı şeytanlar"da çıxış edən niderlandlı hücumçu cari mövsümün sonunda "Börnli"yə dönəcək. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb. 

Veqhorst "Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haqın planlarına daxil deyil. 

Qeyd edək ki, "Mançester Yunayted" 30 yaşlı hücumçunu noyabrda komandadan ayrılan Kristiano Ronaldonun əvəzinə gətirmişdi. Vaut Premyer Liqada 13 oyuna çıxıb, 1 assist verib.