İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, hazırda çətin günlər yaşayan "zadəganlar" "Kristal Palas"ın hücumçusu Vilfrid Zahanın keçidini həll etmək istəyir.
"Çelsi" yeni "bitirici" olaraq kot d'İvuarlı forvarda ümid bağlayır.
Qeyd edək ki, 30 yaşlı Zahanın "Kristal Palas"la müqaviləsi bu ilin 30 iyununda bitir.