İngiltərənin "Nyukasl Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "90min"ə istinadla xəbər verir ki, "sağsağanlar" PSJ-nin braziliyalı hücumçusu Neymarı transfer etmək istəyir.

"Nyukasl" rəhbərliyi bu mövsümün sonunda Paris təmsilçisindən ayrılacağı gözlənilən 31 yaşlı forvard üçün rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, Neymarın PSJ ilə 2025-ci ilədək müqaviləsi var.