İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Offsideplus.az "Foot Mercato"ya istinadla xəbər verir ki, "şəhərlilər" "Aston Villa"nın ispaniyalı müdafiəçisi Aleks Morenonu sıralarına qatmaq niyyətindədir.
MS-nin baş məşqçisi Pep Qvardiola 29 yaşlı həmyerlisini yayda sərəncamında görmək istəyir.
Qeyd edək ki, Morenonun "Aston Villa" ilə 2026-cı ilədək müqaviləsi var.