"Çelsi" ötən gün London derbisində əzəli rəqibi "Arsenal"la üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" bu görüşdə "topçular"a 1:3 hesabı ilə məğlub olub. "Çelsi"nin baş məşqçisi Frenk Lempard ikinci hissədə klubun yeni transferlərindən biri Mixail Mudriki meydana buraxıb. Ukraynalı futbolçu meydanda olarkən, tribunalardakı "Arsenal" fanatlarından biri davamlı olaraq onun üzünə lazer tutub.
"Daily Mail"də yer alan məlumata görə, artıq həmin azarkeş həbs olunub.