İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, "şəhərlilər" "Çelsi"nin mərkəz yarımmüdafiəçisi Mateo Kovaçiçin transferi üçün qarşı tərəflə razılıq əldə edib.

MS 28 yaşlı xorvatiyalı uğrunda mübarizədə Münhen "Bavariya"sına "qalib gəlib". Premyer Liqa təmsilçisi yayda onun transferini rəsmiləşdirəcək.

Qeyd edək ki, Kovaçiç 2019-cu ildən "Çelsi"də çıxış edir.