Hazırda "Boka Xuniors"da çıxış edən Markos Roxo "Mançester Yunayted"də çıxış etdiyi dönəmdən danışıb.

Offsideplus.az xəbər verir ki, argentinalı müdafiəçi "TyC Sports"a açıqlamasında Harri Maquayrın çox maaş aldığı üçün oynadıldığını söyləyib:

"Bir gün Sulşerin otağına getdim və dedim ki, ya məni başqa bir kluba keçməyimə icazə ver, ya da start "11-lik"də meydana çıxart. O da mənə Maquayra çox pul verdikləri üçün onu oynatmalı olduqlarını dedi. O dönəmdən Maquayr böyük səhvlər edirdi. Sulşerə dedim ki, "Köpək oğlu, məni oynat, çünki bu adam hər həftə böyük səhvlər edir".

Qeyd edək ki, Roxo 2014-2021-ci illərdə "qrımızı şeytanlar"ın formasını geyinib.