"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou futbolçu karyerası ərzində ilk qolunu vurub.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı oyunçu İngiltərə Premyer Liqasının 1-ci turunda "Lester"ə qarşı matçda fərqlənib. Beləliklə, o, karyerasının 134-cü oyununda qol hesabını açmağı bacarıb.
Qeyd edək ki, "Mançester Yunayted" - "Lester" görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.