"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Çelsi"nin futbolçusu Mateo Kovaçiçi sərəncamında görməkdə israrlıdır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis 28 yaşlı xorvatiyalı mərkəz yarımmüdafiəçisinin transferi üçün rəhbərliyə yenidən müraciət edib.

Qeyd edək ki, Kovaçiçin "Çelsi" ilə 2024-cü ilin 30 iyununadək müqaviləsi var.