"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İlkay Gündoğanın gələcək karyerası barədə danışıb.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis adı "Barselona" ilə hallanan 32 yaşlı yarımmüdafiəçi ilə bağlı bu sözləri deyib:
"Gündoğanın gələcəyi ilə bağlı nə baş verəcəyini bilmirik. O, indiyə köklənib. Gələcəkdə baş verəcəklər, baş verəcək. Onun üçün ən yaxşısının olmasını diləyirəm, buna layiqdir".
Qeyd edək ki, Gündoğanın müqaviləsinin müddəti cari mövsümün sonunda bitir.