"Mançester Yunayted" klubu "Monako"nun futbolçusunu transfer etmək istəyir.

Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, söhbət müdafiəçi Aksel Disasidən gedir. 

 "Qırmızı şeytanlar" 25 yaşlı fransalı üçün Liqa 1 təmsilçisi ilə danışıqlar aparır.

Disasinin müqaviləsinin müddəti 2025-ci ildə başa çatır.

Onunla "Çelsi" və "Mançester Siti"də yaxından maraqlanır.