“Mançester Yunayted” klubunun zədəli futbolçularından bir neçəsi sıraya dönüb.

Offsideplus.az xəbər verir ki,  müdafiəçilər Luk Şou və Tayrell Malasiya, yarımmüdafiəçi Marsel Zabitser, eləcə də hücumçu Markus Raşford son məşqlərdə komanda ilə birgə hazırlıq keçiblər.

“Mançester Yunayted” bu gün Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniyanın “Sevilya” klubunun qonağı olacaq.