Adı "Barselona" klubu ilə hallanan İlkay Gündoğan gələcək karyerası ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin kapitanı "SkySports"a açıqlamasında bu sözləri deyib:

"Barselona" ilə müqavilə? Gələcəyim barədə hələ ki, bir qərar qəbul olunmayıb. Əlbəttə, danışıqlar gedir. Lakin detallara girməyəcəm. Hələ ki, bir şey imzalamamışam. "Mançester Siti"də oynamaqdan və kapitanlıq etməkdən məmnunam".

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.