“Çelsi” klubu qapıçı axtarışına çıxıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb London təmsilçisinin qolkiper Kepa Arrisabalaqa və Eduard Mendiyə etimad göstərməməsidir.

Namizədlər arasında “İnter”dən Andre Onana, “Borussiya”dan (Dortmund) Qreqor Kobel, “Brentford”dan David Raya və “Valensiya”dan Georgi Mamardaşvili var.