UEFA Avropa Liqasının 1/4 finalının “Sevilya” ilə ilk qarşılaşmasında (2:2) zədələnərək meydanı tərk edən “Mançester Yunayted”in müdafiəçiləri Rafael Varan və Lisandro Martines növbəti oyunlarda komandarına kömək edə bilməyəcəklər.
Offsideplus.az xəbər verir ki, fransalı futbolçu Varan bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Argentinalı oyunçunun durumu isə daha ağırdır. Ayağı sınan futbolçu üçün mövsüm erkən bitib. Onun növbəti mövsümün əvvəlinə kimi zədəsini bərpa etməsi gözlənilir.