“Mançester Yunayted” klubu “Leyptsiq”in futbolçusu Dani Olmonu transfer etməyi düşünür.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçunun özü də növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış etmək istəyir.

İspaniya millisinin üzvü 2020-ci ilin yanvarından Almaniya klubunda çıxış edir. Onun klubla müqaviləsi 2024-cü yayında başa çatacaq.