London "Arsenal"ı heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, "topçular" "Brayton"un ulduzu Moizes Kaysedonu transfer etməyə çalışır.

"Qağayılar" isə sözügedən futbolçu üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, Kaysedonun "Brayton"la 2027-ci ilədək müqaviləsi var.