Lyuk Şou “Mançester Yunayted” klubunun yeni təklifini qəbul edib.
Offsideplus.az xəbər verir ki, o, "qırmızı şeytanlar" ilə yeni müqavilə imzalayıb. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Şou MY-də 2014-cü ildən oynayır. O, indiyədək bu komandada 249 oyun keçirib, 4 qol vurub və 28 məhsuldar ötürmə edib.



