Əfsanəvi baş məşqçi Ser Aleks Ferqyusona medal veriləcək. 

Offsideplus.az xəbər verir ki, 1982/1983 mövsümündə Şotlandiyanın "Aberdin" komandası ilə UEFA Kuboklar Kubokunu qazandığı üçün 82 yaşlı mütəxəssis medal alacaq.

Medallar qalib komandanın start heyətin 11 futbolçusu, həmçinin ehtiyatdakı 5 nəfərə təqdim olunub. Amma həmin matçın 40 illiyi şərəfinə UEFA Ferqyusonu mükafatlandırmaq qərarına gəlib.

Ferqyusonun köməkçisi Arçi Noks və zədə səbəbindən finala çıxa bilməyən yarımmüdafiəçi Duqi Bell də medal alacaq.