İngiltərə Premyer Liqasının 29-cu turunda ''Mançester Siti'' Erlinq Holannsız oynamasına baxmayaraq öz meydanında ''Liverpul''u 4:1 hesabı ilə darmadağın edib.
Offsideplus.az xəbər verir ki, ''şəhərlilər''in baş məşqçisi Xosep Qvardiola premyer-liqada 128-ci ev oyununda yubiley - 100-cü qələbəyə sevindi (16 heç-heçə, 12 məğlubiyyət). O, eyni zamanda, çempionatda 100 ev qələbəsinə hamıdan tez çataraq turnirin yeni rekordunu müəyyənləşdirib.
Əvvəlki rekord Arsen Vengerə məxsus idi. Əfsanəvi fransalı mütəxəssis ''Arsenal''ın başında 100-cü ev qələbəsini 139-cu oyunda əldə etmişdi.