İngiltərə Premyer Liqasının 29-cu turunda keçirilən "Mançester Siti" - "Liverpul" (4:1) oyunu meydan sahiblərinin futbolçusu Riyad Mahrez üçün əlamətdarlığı ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi sözügedən matçda Kevin De Bruynenin vurduğu qolun asisstini verməklə yeni rekord müəyyənləşdirib. Belə ki, o, İPL-sı tarixində ən çox məhsuldar ötürmə edən (56 qol ötürməsi ilə) afrikalı oyunçu olub.
Qeyd edək ki, əvvəlki rekord "Çelsi"nin keçmiş hücumçusu Didye Droqbaya (55 asisst) məxsus idi.