"Arsenal" klubunun futbolçusu Tomas Parti Qana millisinin heyətində zədələnib.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi məşq zamanı ayağından xəsarət alıb.
Bu səbəbdən məşqçilər onu Anqola ilə oyunda meydana buraxmayıb. Partinin bu axşam Londona qayıdacağı və sabah "Arsenal"ın düşərgəsinə qoşulacağı bildirilib.