İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu Roy Hocson ilə anlaşıb. O, bu vəzifədə Patrik Vyeranı əvəzləyəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

Müqavilənin müddəti cari mövsümün sonunadək olacaq.