Markus Reşford AVRO-2024-ün seçmə mərhələsi oyunları üçün İngiltərə millisində iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu zədəli olduğu üçün millinin oyunlarını buraxacaq. Futbolçu "Fulham"la oyunda zədələnib. 

Qeyd edək ki, İngiltərə millisi martın 23-ü İtaliya, martın 26-sı isə Ukrayna yığması ilə üz-üzə gələcək.