"Mançester Yunayted" klubu "Bavariya"nın əsas futbolçularından olan Jerom Boatenqi heyətinə qatmaq istəyir. Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Almaniya millisinin də üzvü olan 29 yaşlı müdafiəçini rənglərinə bağlamaq niyyətindədir. Klub bu transfer üçün qarşı tərəfə 50 milyon funt-sterlinq (65 min dollar) təklif edir. Bundan əlavə Joze Mourinyo "Barselona"nın kolumbiyalı futbolçusu Yerri Minanı da srəncamında görmək istəyir.

Qeyed edək ki, Boatenq 2011-ci ildə "Mançester Siti"dən "Bavariya"ya transfer edilib.